Bakı -2˚C Windy

Kanadada dövlət qulluqçularının COVID-19 əleyhinə peyvənd olunması məcburi olacaq

Gündəm 12:20 07 okt, 2021

Bu barədə Qərb KİV-ləri məlumat yayıb

Kanadada dövlət qulluqçularının COVID-19 əleyhinə peyvənd olunması məcburi olacaq

Kanada federal hakimiyyətinin işçiləri, polis , hərbi personal, dəmir yolu və hava yolu ilə yerli səyahət edənlərin yaxın iki ay ərzində COVID-19-a qarşı peyvənd olunması tələb olunur.

Qazet.az-ın məlumatına görə, bu barədə Qərb KİV-ləri məlumat yayıb.

Kanadanın Baş nazir müavini Xristya Friland bildirib ki, bu məsuliyyətli, praktik və sərt addımlar kanadalıları qoruyacaq, səhiyyə sistemimizin həddindən artıq yüklənməsinin qarşısını alacaq, uşaqlara məktəbə davamlı şəkildə getməsinə imkan verəcək və ölkə iqtisadiyyatının bərpasını sürətləndirəcək.