Kanadada hərbi baza yaxınlığında mülki təyyarə qəzaya uğrayıb
Hadisə
06:00 15 dek, 2022
![Kanadada hərbi baza yaxınlığında mülki təyyarə qəzaya uğrayıb](https://qazet.az/resized/fit900x500/center/pages/132034/small-plane-090720.jpg)
Kanadanın Nyufaundlend və Labrador əyalətində kiçik təyyarə qəzaya uğrayıb.
Qazet.az xəbər "CBC" telekanalına istinadən xəbər verir ki, insident Kanada Silahlı Qüvvələrinin bazası yaxınlığında baş verib. Kiçik təyyarə "Happy Valley-Goose Bay" hava limanından 5 kilometr aralıda meşə zolağına düşüb.
Hadisə nəticəsində təyyarədə olan 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi barədə məlumat verilmir.