Kanadada məktəbdə insident baş verib, xəsarət alan var
Gündəm
00:54 10 dek, 2021
16 yaşlı məktəbli təhsil müəssisəsinin yaxınlığında polis tərəfindən saxlanılıb.

Kanadanın Monreal şəhərindəki məktəblərin birində insident baş verib.
Qazet.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Belə ki, şagirdi müəllimə hücum edərək onu naməlum kəsici-deşici alətlə yaralayıb. Hadisə dərs zamanı baş verib. Xəsarət alan 40 yaşlı kişi bədəninin yuxarı nahiyəsindən kəsilmiş xəsarətlər alıb.
16 yaşlı məktəbli təhsil müəssisəsinin yaxınlığında polis tərəfindən saxlanılıb.
Hücumun motivləri müəyyənləşdirilir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.