Kanadada təbii fəlakət: 100 min ev işıqsız qaldı
Hadisə
02:11 05 dek, 2022
Kanadanın Ontario vilayətində əsən güclü külək səbəbindən 100 mindən çox ev təsərrüfatı və digər tikililər işıqsız qalıb.
Qazet.az-ın məlumatına görə, bu barədə CBC telekanalı məlumat yayıb.
Məlumata əsasən, xüsusilə, Toronto və onun ətraf rayonlarının sakinlərinə təbii fəlakət nəticəsində ziyan dəyib.
Milli Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti 27 m/s-ə çatıb. Nəticədə bölgədə yüzlərlə ağac aşıb, elektrik xətləri sıradan çıxıb.