Kapitan məşqlərə başladı
Cəmiyyət
12:12 09 noy, 2022
"Qəbələ"nin kapitanı Asif Məmmədov komanda ilə məşqlərə başlayıb.
Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədə səbəbindən Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə görüşü buraxan yarımmüdafiəçi ötən gün keçirilən məşqə iştirak edib.
Qeyd edək ki, "Qəbələ" növbəti oyununu noyabrın 11-də səfərdə "Neftçi"yə qarşı keçirəcək.