Karantini pozan üç şadlıq sarayı aşkarlandı
Gündəm
12:08 18 dek, 2021
Şirvanda fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qazet.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.
Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirllər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.