Bakı 21˚C Mostly sunny

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

İdman 09:18 31 dek, 2022
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti İspaniyanın "Real Madrid" komandasında baş məşqçi kimi 197-ci oyununu keçirib.

Qazet.az xəbər verir ki, 63 yaşlı mütəxəssis buna La Liqanın XV turunda "Valyadolid"i 2:0 hesabı ilə məğlub etdikləri matçda nail olub.

İtaliyalı baş məşqçi bu göstəriciyə görə 4-cü sırada qərarlaşan niderlandlı Leo Benhakkerə çatıb.

Paytaxt təmsilçisində rekordçu 605 qarşılaşma ilə ispaniyalı Migel Munyosdur. Fransalı Zinəddin Zidan (263) ikinci, digər ispaniyalı Visente Del Boske (246) üçüncü yerdədir.