Bakı 22˚C Thunderstorms

“Kayrat”ın təyyarəsi qəzaya uğrayıb - FOTO

Gündəm 12:17 22 okt, 2021

Görüntülərdə avtomobilin təyyarə ilə toqquşaraq onun qanadının altında qaldığı əks olunub

“Kayrat”ın təyyarəsi qəzaya uğrayıb - FOTO

Almatı hava limanında sərnişin təyyarəsi minik avtomobili ilə toqquşub.

Sosial şəbəkələrdə Almatı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında baş verən insidentin görüntüləri yayılıb.

Qazet.az xəbər verir ki, bu barədə "Tengrinews" məlumat yayıb. Görüntülərdə avtomobilin təyyarə ilə toqquşaraq onun qanadının altında qaldığı əks olunub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirir.

Sports.ru saytının yaydığı məlumata görə, qəzaya uğrayan təyyarə Qazaxıstanın “Kayrat” futbol klubunun üzvlərini Bakıdan Almatı şəhərinə aparırmış.

Qeyd edək ki, “Kayrat” futbol klubu dünən UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşmada “Qarabağ”a 1:2 hesabı ilə uduzub.