"Kayrat"ın erməni futbolçusu Bakıya gəlməyəcək
İdman
22:12 13 okt, 2021
Almatı təmsilçisinin "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.
Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyan "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.
Bu barədə qazet.az-a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, Almatı təmsilçisinin "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.