Bakı 23˚C Sunny

"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" nəticə üçün oynayacaq"

Gündəm 19:43 04 noy, 2021

""Kayrat" məğlubiyyətə layiq deyildi"

"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" nəticə üçün oynayacaq"

"Bu, "Kayrat"ın qrupdan çıxmaq üçün son şansıdır. Uşaqların motivasiyası böyük olacaq. Düşünürəm ki, bizi "quru oyun" gözləyir. Çünki "Qarabağ" üçün heç-heçə də pis nəticə sayılmayacaq".

Qazet.az-ın məlumatına görə, bunu Qazaxıstan "Kayrat"ının sabiq futbolçusu Sergey Politeviç Almatı təmsilçisinin evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup oyunundan öncə "Рейтинг Букмекеров" saytına açıqlamasında deyib.

Hazırda Belarusun "Şaxtyor" (Soliqorsk) komandasında çıxış edən 31 yaşlı müdafiəçi bildirib ki, “Kayrat” avrokuboklarda mübarizəni davam etdirmək və burada iştirakının təsadüfi olmadığını sübut etmək üçün riskə getməlidir: "Mətbuatda yayılan xəbərlərə əsasən, heyətlə bağlı rotasiyaların olacağını düşünürəm. “Qarabağ”ın, ümumiyyətlə, risk etməsinin mənası yoxdur. Onlar nəticə üçün oynayacaqlar".

Belaruslu oyunçunun sözlərinə görə, Qazaxıstan təmsilçisi Ağdam klubundan revanş almağa qadirdir: "İlk oyuna baxdım. "Kayrat" məğlubiyyətə layiq deyildi. Hesab edirəm ki, bu dəfə heç-heçə qeydə alınacaq, ya da meydan sahibləri qalib gələcəklər. Şanslar bərabərdir".

Politeviç 2018/2019 mövsümündə "Kayrat"ın formasını geyinib.

Qeyd edək ki, bu gün Almatıdakı "Ortalık" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.