Bakı 34˚C Intermittent clouds

Kayseridə qohumların davası qanla bitdi - Üç ölü, dörd yaralı

Gündəm 01:18 25 okt, 2021

Qohumlarını öldürən cinayətkar saxlanılıb. 

Kayseridə qohumların davası qanla bitdi - Üç ölü, dörd yaralı

Türkiyənin Kayseri vilayətinin Tomarza rayonunda qohumlar arasında ərazi üstündə çıxan dava ölümlə nəticələnib.

“Qazet.az” TRT-yə istinadən xəbər verir ki, ərazi anlaşılmazlığına görə E.G. belindəki silahla dayısının oğulları Səlim, Bayram, Əfəndi və onların anası Elifə güllə yağdırıb.

Səlim və Bayram hadisə yerində, Elif G. isə aparıldığı xəstəxanada həyatını itirib.

Hadisə zamanı yaralanan dörd nəfərin müalicəsi davam edir.

Qohumlarını öldürən cinayətkar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.