Bakı 17˚C Hazy sunshine

"Keçmiş ərazilərimizi gec-tez bərpa edəcəyik" - Solovyov

Siyasət 14:21 07 okt, 2021

Əgər siz bizim ölkəmizin tarixinə nəzər salsanız, o zaman unikal bir imperiya tipi görəcəksiniz

"Keçmiş ərazilərimizi gec-tez bərpa edəcəyik" - <span style="color:red">Solovyov</span>

“Gec -tez biz özümüzün hesab etdiyimiz əraziləri geri qaytarırıq”

Qazet.az xəbər verir ki, bu fikirləri “The National Interest” in redaktoru Yakob Heilbruna müsahibə verən Rusiyanın məşhur tolk-şou aparıcısı Vladimir Solovyov səsləndirib.

O müsahibəsində Rusiya İmperiyasının əvvəlki sərhədləri daxilində bərpasının yalnız zaman məsələsi olduğunu bildirib. Bunun dövlətin başında kimin dayanmasından asılı olmayaraq baş verəcəyini deyib.

Heilbrun sual ünvanlayaraq Rusiya İmperiyasının tam bərpasının Vladimir Putinin dövründə baş verib-verməyəcəyini soruşub.

Solovyov isə belə cavab verib: “Bunun yalnız Vladimir Putinin adı ilə əlaqəli olduğuna əmin deyiləm. Hər şey çox mürəkkəbdir. Əgər siz bizim ölkəmizin tarixinə nəzər salsanız, o zaman unikal bir imperiya tipi görəcəksiniz. Nəfəs almağı bacaran bir imperiya. Biz nəfəs alırıq, bəzən böyüyürük, bəzən isə kiçilirik. Məsələn, 1917-ci ildə biz az qala məhv olmaq üzrə idik. Əvvəllər mövcud olan böyük imperiyadan geriyə yalnız kiçik bir ərazi qalmışdı. Bizim məktəblərimizdə, xəritələrdə həmin o kiçik ərazi qırmızı rənglə işarələnmişdi. Bu ərazini düşmən meşəsi ilə əhatə olunmuş rus ağacı adlandırırdılar. Ancaq sonra bu ərazi Sovet lideri İosif Stalinin rəhbərliyi altında qüdrətli bir imperiyaya çevrildi. Söhbət daha çox rus dilindən, rus mədəniyyətindən, rus həyat tərzindən gedir. Yəni gec -tez biz özümüzün hesab etdiyimizi geri qaytarırıq. Mütləq deyil ki, bunu  zorla edək, ən əsası bunu rus mədəniyyətində əks olunan birlik ideyası ilə həyata keçiririk” – Solovyov fikirlərini yekunlaşdırıb.
Xəbəri bəyənməyi və paylaşmağı unutmayın. Rəyləriniz bizim üçün önəmlidir.

Mənbə