Keçmiş futbolçu avtomobil qəzasında ölüb
Hadisə
18:37 08 dek, 2022
Serbiyanın "Partizan" komandasının sabiq futbolçusu və baş məşqçisi Miodraq Yeşiç dünyasını dəyişib.
Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis avtomobil qəzasında ölüb.
Onun idarə etdiyi maşın qarşı tərəfədən gələn nəqliyyat vasitəsilə toqquşub. Baş məşqçi hadisə yerində keçinib.
Qeyd edək ki, Miodraq Yeşiç məşqçilik karyerası ərzində 30-a yaxın kluba rəhbərlik edib.