Bakı 2˚C Mostly cloudy

Keçmiş məhkumlar oğurluğa görə saxlanıldılar

Hadisə 17:19 01 yan, 2022

Əvvəllər məhkum olunmuş şəxslər evlərdən oğurluq edib

Keçmiş məhkumlar oğurluğa görə saxlanıldılar

Bakıda əvvəllər məhkum olunmuş şəxslər evlərdən oğurluq edib.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində T.Nadirova məxsus torpaq sahəsindən 1440 metr armatur, 4 evdən kombi, radiator, velosiped, televizor, naqil, təmir-tikinti alətləri və kamera yaddaş bloku oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Ağarzalı və Ağdam rayon sakinləri, əvvəllər məhkum olunan A.Mustafayev və Ş.Əhmədov saxlanılıblar.