Bakı 9˚C Mostly cloudy

Keçmiş MTN polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - RƏSMİ

Hadisə 18:07 09 dek, 2021

Naxçıvan MR-nın ləğv edilmiş MTN-nin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılovun ölüm səbəbi açıqlanıb

Keçmiş MTN polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - <span style="color:red">RƏSMİ</span>

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisinin ölüm səbəbini açıqlayıb.

Qurumdan Qazet.az-a verilən məlumatda bildirilir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zaki İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib".