Keçmiş vitse-prezidentə Rusiya vətəndaşlığı verildi
Gündəm
17:40 24 okt, 2022

Rusiya Prezidenti Vladimir Putin Burundinin keçmiş ikinci vitse-prezidenti Cozef Butoreyə Rusiya Federasiyası vətəndaşlığını verib.
Qazet.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edək ki, Butore 2015-2020-ci illərdə Burundinin ikinci vitse-prezidenti vəzifəsini tutub. 2018-ci ildə o, Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.