Kəlbəcər istiqamətində Ermənistanın növbəti təxribatı dayandırılıb
Gündəm
17:32 10 dek, 2021
Müdafiə Nazitliyi açıqlama yayıb
Kəlbəcərdə yaşanılan gərginliklə bağlı Müdafiə Nazitliyi açıqlama yayıb. Verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.