Bakı 19˚C Mostly sunny

Kəlbəcər yoluna 35 sm qar yağdı, yollar buz bağladı

Gündəm 13:43 23 dek, 2021

Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub

Kəlbəcər yoluna 35 sm qar yağdı, yollar buz bağladı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı Zəfər yolu və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb.

Qazet.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, 23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa "ZƏFƏR" yolunda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

"Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur. Amma yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarında 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur".