Bakı 6˚C Mostly cloudy

Kəlbəcərdə 5 kiçik SES-də işlər yekunlaşdırılır

Gündəm 11:50 05 yan, 2023
Kəlbəcərdə 5 kiçik SES-də işlər yekunlaşdırılır

“Azərenerji” ASC Kəlbəcər rayonunda tikilən 5 kiçik su elektrik stansiyasında (SES) işləri yekunlaşdırmağa hazırlaşır.

Bu barədə Qazet.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Əlavə olaraq bildirilib ki, Laçın rayonunda 2 yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda da işlər yekunlaşmaq üzrədir.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə “Azərenerji”nin 9 obyekti tikilərək istismara verilib, 2 obyektinin təməli qoyulub, 6 obyektinin tikintisinə baxış keçirilib.