Kəlbəcərdə faciəvi qəza - Ölən var - VİDEO
Gündəm
14:06 19 okt, 2021
Hazırda faktla bağlı araşdırma aparılır

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.
Qazet.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşüb.
Nəticədə ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.