Bakı 5˚C Showers

Kəlbəcərdə Regional Geoloji Baza Tikiləcək

Gündəm 18:49 16 noy, 2022
Kəlbəcərdə Regional Geoloji Baza Tikiləcək

2023-2024-cü illərdə Kəlbəcər rayonunda Regional Geoloji Bazanın tikintisi nəzərdə tutulur.

Qazet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Tikinti işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra edəcək. Digər icraçı Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.