Kəlbəcərdə yük maşını aşdı, xəsarət alan var
Hadisə
14:00 24 dek, 2022
![Kəlbəcərdə yük maşını aşdı, xəsarət alan var](https://qazet.az/resized/fit900x500/center/pages/134982/7231a65d-0106-37f5-a08a-77ec6d8a42ef-850.jpg)
Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.
Bu barədə Qazet.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir