Bakı 7˚C Showers

Kəlbəcərə getmək istəyən koronavirus xəstəsi saxlanıldı

Gündəm 13:20 15 dek, 2021

 Göygöl rayon polis şöbəsinin (RPŞ) əməkdaşları komendant postunda xidmət aparan zaman müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıblar

Kəlbəcərə getmək istəyən koronavirus xəstəsi saxlanıldı

Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanılıb.

Daxili işlər nazirliyinin (DİN) Gəncə regional qrupundan Qazet.az-a verilən məlumata görə, Göygöl rayon polis şöbəsinin (RPŞ) əməkdaşları komendant postunda xidmət aparan zaman müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıblar.

Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etməsi də müəyyən olunub. RPŞ əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb. Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırmalar davam etdirilir.

Goranboy rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi müəyyən olunub. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək  yaşadığı evə göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.