Bakı 4˚C Mostly cloudy

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi

Cəmiyyət 13:15 30 noy, 2021

Fövqəladə hallar naziri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.

Qazet.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı.