Kemerovoda qocalar evində baş verən yanğın söndürülüb - ÖLƏNLƏR VAR - YENİLƏNİB
Hadisə
01:30 24 dek, 2022
Kemerovoda qocalar evinin qanunsuz təşkili barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Yenilənmiş məlumatlara görə, yanğın nəticəsində 11 nəfər həlak olub”, - deyə fövqəladə hallar xidməti bildirib.
***
Kemerovoda qanunsuz olduğu aşkar edilən qocalar evində baş verən yanğın söndürülüb.
Qazet.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğının sahəsi 180 kvadratmetr olub.
Verilən son məlumatlara görə, ölənlərin sayı 6-ya çatıb. İlkin olaraq 4 nəfərin öldüyü bildirilirdi. İki nəfər yaralanıb.
“ İnterfaks ” təcili yardıma istinadən yeddi nəfərin öldüyünü yazır.
Artıq hüquq-mühafizə orqanları bu qocalar evinin qanunsuz fəaliyyət göstərdiyini bildiriblər.