Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var
Gündəm
01:16 25 sen, 2021
Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.
Keniya ilə Somali sərhədindəki Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.
Qazet.az xəbər verir ki, bu barədə reuters məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində iki nəfər keniyalı əsgər həlak olub.
Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.
Portal göstərilən düşərgənin iki dövlətdən hansının ərazisində olduğunu açıqlamır.