Bakı 12˚C Partly sunny

“Kəpəz” komandası Türkiyəyə yollanıb

İdman 09:11 07 yan, 2023
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Qazet.az klubun sosial şəbəkə hesabına istinad xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb.

Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək.

“Kəpəz” yanvar 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın“Kaysar” komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.