"Kəpəz" transfer etdi
İdman
17:30 04 yan, 2023
!["Kəpəz" transfer etdi](https://qazet.az/resized/fit900x500/center/pages/138178/175648-m0iu549jnx.jpg)
"Kəpəz" heyətinə 2 yeni futbolçu qatıb.
Qazet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi "Sabah"dan Abdulla Rzayev və İdris İnqilablını icarəyə götürüb. Onlar mövsümün sonuna kimi "Kəpəz"in formasını geyinəcəklər.
20 yaşlı Rzayev müdafiəçi, 21 yaşlı İnqilablı isə yarımmüdafiəçi mövqeyində çıxış edir.