"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb
İdman
16:26 25 dek, 2022
"Kəpəz"in futbolçusu Elçin Əlicanov "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XVIII tur oyununda qırmızı vərəqə alıb.
Qazet.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi 57-ci dəqiqədə əllə oynadığı üçün meydandan qovulub.
Daha əvvəl ilk hissədə "qartallar"ın iki oyunçusu eyni halla üzləşib.
Qeyd edək ki, hazırda Gəncə təmsilçisi 2:1 hesabı ilə öndədir.