Bakı 22˚C Mostly cloudy

Kərəm Mustafayevin qardaşına yeni vəzifə verildi

Gündəm 15:59 25 yan, 2022

Vilayət Eyvazov Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verib

Kərəm Mustafayevin qardaşına yeni vəzifə verildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verib.

Qazet.az xəbər verir ki, nazirin əmri ilə R.Mustafayev şöbə rəisi vəzifəsindən çıxarılaraq nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rasim Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşıdır.