Bakı 20˚C Mostly sunny

Kərim Vəliyev Atatürkün qəbrini ziyarət edib

Gündəm 14:05 13 sen, 2021

Azərbaycanın Baş qərargah rəisi Anıtqəbri ziyarət edib

Kərim Vəliyev Atatürkün qəbrini ziyarət edib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.