“Keşlə” ilk qələbəsini qazandı - VİDEO
İdman
23:15 02 okt, 2021
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur davam edir
![“Keşlə” ilk qələbəsini qazandı - VİDEO](https://qazet.az/resized/fit900x500/center/pages/28420/e91ea36b-6eea-4020-a10d-ba0ddfb9d300.jpeg)
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur davam edir.
Qazet.az xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.
“ASK Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.
Bu mövsüm ilk qələbəsini qazanan “Keşlə” 4 xalla 7-ci pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu - 8-ci yerdədir.
İlk oyun günündə isə “Zirə” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.