"Keşlə" "Səbail"i məğlub etdi
Günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib
!["Keşlə" "Səbail"i məğlub etdi](https://qazet.az/resized/fit900x500/center/pages/30912/f2c9223c-3c33-4a2d-a016-9a3d465ae9c5.jpeg)
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Qazet.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.
68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə"ni önə keçirib. 3 dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə isə Anatole Abanq komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Keşlə" "Sumqayıt"la birlikdə 5-6-cı yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.