Keti Perri öz brendini yaradır - adaptogenlərlə zəngin içki
Maraqlı
12:38 07 yan, 2022
Keti Perri özünün alkoqolsuz içki markası De Soi-nin içərisində adaptogenlər olacaq
Dünyaca məşhur müğənni Keti Perri öz brendini yaradır.
Qazet.az xəbər verir ki, yeni brendi ilə içki sektoruna daxil olmağa hazırlaşır.
Dostu Morqan Makleşlanla quracağı marka sağlam qidalanmaya aid olacaq.İçkilərin içində adaptogenlər olacaq.
Xatırladaq ki, adaptogenlər orqanizmin ətraf mühit faktorlarına uyğunlaşma qabiliyyətini artıran və kənar amillərdən zərər görməməsi üçün bitki birləşmələrini təsvir edir.
Başqa sözlə, onlar stresə və onunla birlikdə gələn zərərli təsirlərə qarşı durmağımıza kömək edən otlardır.