Keyndən rekord
İdman
18:00 27 dek, 2022
"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında qarşılaşdığı bütün rəqiblərə qol vurub.
Qazet.az xəbər verir ki, bu barədə Premyer Liqanın Tvitter səhifəsi məlumat paylaşıb.
İngiltərəli hücumçu 17-ci turda ötən gün keçirilən "Brenford"la matça (2:2) fərqlənməklə buna nail olub. O, Premyer Liqada indiyədək 32 komandanın qapısına yol tapıb.
Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqa və İngiltərə millisində 34 oyuna 18 qol vurub, 6 məhsuldar ötürmə edib.
📚 History maker 📚@HKane has the best 100% scoring record in the #PL pic.twitter.com/3Kahfiq4yE
— Premier League (@premierleague) December 27, 2022