Keyndən rekord
İdman
09:20 05 yan, 2023
"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Qazet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu buna "Kristal Pelas"a 4:0 hesabı ilə qalib gəldikləri XIX tur oyununda dubl etməklə nail olub.
İngiltərə millisinin üzvü yerli çempionatda vurduğu qolların sayını 198-ə çatdırıb. Keyn yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.
Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.