Bakı 7˚C Sunny

Keyt Uinslet xəstəxanaya yerləşdirildi

Maraqlı 01:21 21 sen, 2022
Keyt Uinslet xəstəxanaya yerləşdirildi

İngiltərəli aktrisa Keyt Uinsletin başına iş gəlib.

"Qazet.az" xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Xorvatiyada çəkilən “Lee” filminin çəkilişi zamanı qəza keçirib. Sürüşdüyü üçün yerə yıxılan Keyt xəstəxanaya aparılıb.

46 yaşlı aktrisanın vəziyyəti yaxşı olsa da, tədbirli olmaq üçün müşahidə altında saxlanılır. O, bu həftə çəkilişlərə davam edəcək.