Bakı 10˚C Cloudy

Kibertəhlükəsizliklə bağlı təkliflər hazırlanıb

Multimedia 11:52 21 sen, 2022
Kibertəhlükəsizliklə bağlı təkliflər hazırlanıb

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi kibertəhlükəsizliyə dair təkliflər hazırlayaraq onları aidiyyəti dövlət qurumlarına təqdim edib.

Qazet.az xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında Assosiasiyanın sədri Rahid Ələkbərli bildirib.

"AKTA olaraq biz də kibermühitin inkişafı üçün addımlar atırıq. Bunun üçün bir sıra təkliflər hazırlayaraq təqdim etmişik. Bu yaxınlarda açıqlanmış proqnoza görə, 2025-ci ildə biznes qurumlarının 60%-dən çoxunun hədəfində kibertəhlükəsizlik əsas sahələrdən biri olacaq. Bu da o deməkdir ki, kibertəhlükəsizlik bizim üçün prioritet sahədir", - deyə o, qeyd edib.

Bundan başqa, R.Ələkbərlinin sözlərinə görə, hazırda onlar BP şirkətində tətbiq edilən kibertəhlükəsizlik barometrinin ölkə səviyyəsində tətbiq olunmasına çalışırlar: "Həmin barometrin xüsusi indikatorları var. Həmin indikatorlar hesabına ölkənin kibertəhlükəsizlik hazırlığını qiymətləndirməyi hədəfləyirik. Bu, çox vacib məsələdir. Hazırda hətta evimizdə istifadə etdiyimiz "ağıllı" cihazlarda da təhlükəsizlik vacib amilə çevrilib".