Bakı 27˚C Sunny

Kilian Mbappe "Real Madrid"ə keçmək istədiyini etiraf edib

İdman 12:56 05 okt, 2021

PSJ-nin futbolçusu Real Madrid arzularından danışıb

Kilian Mbappe "Real Madrid"ə keçmək istədiyini etiraf edib

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe ötən yay İspaniya "Real Madrid"inə keçməyə hazır olub.

Qazet.az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə "LEquipe" nəşrinə açıqlamasında bildirib.

O, yay transfer dönəmində Paris təmsilçisini yalnız "Real Madrid"ə görə tərk etmə ehtimalının olduğunu söyləyib: "Klubdan ayrılsaydım, bu, yalnız "Real Madrid" üçün olardı. Ayrılıq karyeramda növbəti məntiqi addım idi. PSJ getməyimə icazə vermədiyi üçün pis davranmayacağam. Futbolu çox sevirəm".

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm Liqa1-də 9 oyuna 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ isə 9 matçdan 24 xalla liderdir. Mbappenin müqaviləsi 2022-ci ildə başa çatacaq.

Mənbə