Bakı 14˚C Sunny

Kim Çen In bacısının vəzifəsini artırdı

Gündəm 11:50 01 okt, 2021

 Şimali Koreya parlamenti də bu qərarı təsdiqləyib

Kim Çen In bacısının vəzifəsini artırdı

Şimali Koreya lideri Kim Çen In bacısının vəzifəsini artırıb.

Qazet.az xəbər verir ki, onun əmri ilə 34 yaşlı Kim Yo Çjona Dövlət İşləri üzrə Komissiyada vəzifə verilib. Şimali Koreya parlamenti də bu qərarı təsdiqləyib.

Qeyd edək ki, bir çox siyasi dairələr Kim Çen Indan sonra Şimali Koreyanı məhz Kim Yo Çjonun idarə edəcəyini düşünür.