Kimlərə MRT və KT müayinələr olmaz?
MRT və KT diaqnostik müayinələri üçün əks göstərişlər mövcuddur
Orqanizmdə metal cihazlar olan xəstələr MRT üçün əks göstərişli hesab edilir.
Qazet.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə müsahibəsində deyib.
Onun sözlərinə görə, MRT və KT diaqnostik müayinələri üçün əks göstərişlər mövcuddur:
“Bir sıra əks göstərişlər mövcuddur. KT şüaya bağlı işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konsirogen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməlidir. Bu qaydanın istisnaları ola bilər; həyati zərurət olduğu təqdirdə, həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər.
MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla istifadə edə bilər. MRT üçün əks göstərişi isə orqanizmdə metal cihazlar olan xəstələr hesab edilir.
Məsələn, ürəyin süni ritm aparıcısı, metal qəlpələr, göz nahiyəsində yad metal cism, orta qulağın elektron və ya ferromaqnit protezləri, iri metal daxili protezlər, baş beyin damarların qan saxlayan sıxacları və s. misal göstərmək olar”.