Bakı 2˚C Intermittent clouds

"Kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin" - Prezident

Gündəm 12:46 27 sen, 2021

Prezident “Dağlıq Qarabağ” münaqişəsinin mövcud olmadığını bildirib

"Kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin" - <span style="color:red">Prezident</span>

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ötən ilin 27 sentyabr tarixində başlayan Vətə müharibəsinin anım günü münasibətilə xalqa müraciət edib. O, bu müraciəti zamanı “Dağlıq Qarabağ” məsələsi ilə bağlı da ciddi mesajlar göndərib.

Qazet.az xəbər verir ki, Prezident “Dağlıq Qarabağ” münaqişəsinin mövcud olmadığını bildirib.

“Əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır” deyə İlham Əliyev vurğulayıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.