Bakı 3˚C Intermittent clouds

“Kimsə müdaxilə edə bilməz” - Ərdoğan meydan oxudu

Gündəm 21:27 25 sen, 2021

Kimsə müdaxilə edə bilməz

“Kimsə müdaxilə edə bilməz” - Ərdoğan meydan oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “CBS News” telekanalına müsahibə verib.

Qazet.az xəbər verir ki, Ərdoğan Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemləri almasından sonra ABŞ-ın ölkəsinə “F-35” tədarükünü dayandırmasından danışıb.

“Hansı ölkədən, hansı formada müdafiə sistemləri almağımıza kimsə müdaxilə edə bilməz”, - Türkiyə lideri bildirib.

Jurnalistin “Görünür, Rusiyadan yeni “S-400” dəsti almağı planlaşdırırsınız?” sualına Ərdoğan “Bəli” cavabını verib.

“CBS News” Ərdoğanın açıqlamalarını “meydan oxuma" kimi qiymətləndirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a meydan oxudu və Rusiya istehsalı olan yeni müdafiə sistemləri satın almağı planlaşdırdığını açıqladı”.

Telekanal Ərdoğanın ABŞ-ın Suriyadakı hərbi varlığı ilə əlaqədar geri çəkilməyə üstünlük verəcəyini bildirib.