Bakı 15˚C Mostly sunny

Kirayə mənzil fonduna 208 mənzil əlavə edildi

Biznes 13:30 11 yan, 2023
Kirayə mənzil fonduna 208 mənzil əlavə edildi

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil əlavə edilib.

Qazet.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində və 3 otaqlı olmaqla 61 yeni mənzil, Bulvar küçəsində isə 2, 3 və 4 otaqlı olmaqla 147 mənzil çıxarılıb.

Yeni mənzillər yanvarın 18-dən seçim üçün açıq olacaq.