Bakı 7˚C Sunny

Kişi xəyanətini ifşa etməyin qeyri-adi üsulu tapılıb - MARAQLI TƏCRÜBƏ

Maraqlı 13:25 03 dek, 2021

Xanım ağıllı saat və addım hesablayıcı tətbiqin köməyilə sevgilisinin yalanının üstünü açıb

Kişi xəyanətini ifşa etməyin qeyri-adi üsulu tapılıb -  <span style="color:red">MARAQLI TƏCRÜBƏ</span>

“Tok-tok” istifadəçisi kişi xəyanətini üzə çıxarmağın qeyri-adi üsulu barədə məlumat verib.

Qazet.az Lenta.ru-a istinadən xəbər verir ki, gənc xanım sevgilisinin onu aldatdığını ağıllı saat vasitəsilə aşkar edib.

Bir axşam öz ikinci yarısı ilə telefonda sağollaşdıqdan sonra xanım saatına baxıb. Bu zaman ağıllı cihaz gündəlik addımlarının sayını dostlarının analoji göstəricilərilə müqayisə etməyi təklif edib.

Xanım ona yatmağa yollandığını deyən sevgilisinin addım sayının durmadan artdığını görüb. Məlum olub ki, oğlan qızla sağollaşdıqdan sonra bütün gecəni striptiz-barda əylənib.

Beləliklə də, xanım ağıllı saat və addım hesablayıcı tətbiqin köməyilə sevgilisinin yalanının üstünü açıb.