Bakı 15˚C Rain

KİV: “Huawei” Rusiyanı tamamilə tərk edə bilər"

Biznes 07:23 31 okt, 2022
KİV: “Huawei” Rusiyanı tamamilə tərk edə bilər"

Çinin “Huawei” şirkəti smartfonların Rusiyaya birbaşa çatdırılmasını tamamilə dayandırıb. Şirkət Rusiya bazarını tərk edə bilər.

Qazet.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti müxtəlif mobil operatorlara yaxın iki mənbəyə, eləcə də əsas smartfon istehsalçısı olan şirkətdə işləyən mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, “Huawei” Rusiyaya planşetlər, notbuklar, televizorlar və digər avadanlıq da idxal etmir.

“Huawei” indi öz cihazlarını birbaşa Rusiyaya tədarük etmir”, - nəşrə başqa mənbə təsdiqləyib.