Bakı 16˚C Partly sunny w/ showers

KİV: "Mançester Siti" Erlinq Holannla anlaşıb

İdman 14:38 12 mar, 2022

Klubun norveçli forvardla sözləşmə imzalamaq üçün maliyyə imkanlarının olduğu bildirilib

KİV: "Mançester Siti" Erlinq Holannla anlaşıb

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann İngiltərə "Mançester Siti"sinə keçməyə çox yaxındır.

Qazet.az "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər" 22 yaşlı hücumçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Klubun norveçli forvardla sözləşmə imzalamaq üçün maliyyə imkanlarının olduğu bildirilib.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm Almaniya Bundesliqasında 14 matçda iştirak edib, 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatmalıdır.