Bakı 0˚C Windy

Rusiya Polşa ərazisini vurdu: 3 nəfər öldü - YENİLƏNİB

Gündəm 23:11 15 noy, 2022
Rusiya Polşa ərazisini vurdu: 3 nəfər öldü - YENİLƏNİB

Rusiyanın Ukraynaya atdığı qanadlı raket Polşa ərazisinə düşüb.

Qazet.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər həlak olub.

Polşanın Baş naziri Mateuş Moravetski Təhlükəsizlik və Müdafiə üzrə Hökumət Komitəsinin təcili iclasını çağırıb.

Polşa mediasının məlumatına görə, Przevodovda (Ukrayna ilə sərhəddən 10 kilometr aralıda) taxıl qurutma zavodunda partlayış baş verib. Yanğınsöndürmə idarəsi iki nəfərin öldüyünü bildirib.

Əraziyə giriş məhdudlaşdırılıb. Hadisənin dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün yanğınsöndürənlər və polis hadisə yerindədir. Yerli sakinlər iki partlayış səsi eşitdiklərini bildirirlər.

"Radio Zet"in məlumatına görə, Polşa ordusunun hərbi birləşmələri hadisə yerinə və ətraf ərazilərə yerləşməyə başlayıb.

Polşa Hərbi Hava Qüvvələri isə Tomaşov-Lubelski aerodromundan döyüş təyyarələrini havaya qaldırıb.


Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndində partlayış olub.

Qazet.az Polşa KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya bugünkü genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu güman edilir.