Bakı 28˚C Cloudy

KİV: Şimali Koreya ballistik raket buraxıb

Xəbərlər 06:13 01 okt, 2022
KİV: Şimali Koreya ballistik raket buraxıb

Şimali Koreya Yaponiya dənizinə naməlum ballistik raket atıb.

Qazet.az xəbər verir ki, bu barədə şənbə günü Cənubi Koreyanın “Yonhap” agentliyi hərbçilərə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 22-ci raket sınağıdır. Əvvəlki hadisə sentyabrın 29-da baş verib. Cənubi Koreya hərbçilərinin məlumatına görə, həmin vaxt KXDR-in iki ballistik raketi təxminən 350 km uçub, onların uçuşunun maksimal hündürlüyü təxminən 50 km olub.