KİV: “Yaponiya müdafiə xərclərini artırmaq üçün vergi artımını ertələyir”
Xəbərlər
16:06 04 dek, 2022
Yaponiya hökuməti müdafiə xərclərinə əlavə vəsait əldə etmək üçün hələlik vergiləri artırmamaq qərarına gəlib ki, bu da yaxın 5 ildə, demək olar ki, iki dəfə artaraq ÜDM-in 2 %-ni təşkil edəcək.
Qazet.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, qeyri-müdafiə xərclərinin azaldılmasına üstünlük veriləcək.
Məlumata görə, hakim Liberal Demokrat Partiyasından olan bəzi deputatlar vergi yükünün artırılması ideyasına qarşı çıxıblar, çünki bu, istehlakçılara və biznesə birbaşa zərbə vuracaq.
Yaponiya hökuməti müdafiə ehtiyaclarına yenidən bölüşdürülməsi üçün əlavə vəsaitlərin cəlb edilməsi imkanlarını araşdırmağa davam edəcək.